“Oskar-2021” mükafatının laureatları açıqlanıb 

09:00 26.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Los-Ancelesdə ABŞ kinoakademiyasının mükafatlarının 93-cü təqdimetmə mərasimi keçirilib. 

Hafta.az xarici mediayaya istinadən xəbər verir ki, “Oskar” mükafatının təqdimetməsi ABC telekanalı vasitəsilə yayımlanıb. 

"İlin ən yaxşı filmi" nominasiyasına Xloi Çjao-nun “Köçərilərin diyarı” filmi layiq görülüb. 

Film işsiz və evsiz qalan bir qadının avtofurqonla ABŞ-a səyahəti haqqındadır. Filmin baş qəhramanını canlandıran aktrisa Frensis Makdormand "Ən yaxşı qadın" roluna görə “Oskar”a layiq görülüb. Filmin rejissoru iln ən yaxşı rejissoru seçilib. 

İlin ən yaxşı kişi roluna “Ata” filmindəki roluna görə Enton Hopkins layiq görülüb.

Ən yaxşı ssenari nominasiyası britaniyalı aktrisa və rejissor Emirald Fennelə qismət olub. O, “Ümidverici qız” filminin ssenarisinə görə bu mükafata layiq görülüb.